17 noyabr banklar və “Azərpoçt” fəaliyyət göstərəcək
COP29 konfransının gündəliyinə əsasən 17 noyabr istirahət günündə tədbir iştirakçılarının zəruri maliyyə xidmətlərinə çıxışının təmin edilməsi məqsədilə Bakının mərkəzində və bir sıra regionlarda 18 bankın 84 xidmət nöqtəsi (o cümlədən, 5 bank üzrə 9 xidmət nöqtəsi 24 saat rejimində olmaqla), eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış valyuta mübadiləsi məntəqələri müştərilərə xidmət göstərəcək.
Startup.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Həmçinin qeyd olunan tarixdə AMB-nin Mərkəzi Bankın 966 Qaynar xətti vətəndaşlara 09:00 – 17:00 saatları (13:00 – 14:00 fasilə) ərzində xidmət göstərməyə davam edəcək.
17 noyabr tarixində xidmət göstərəcək maliyyə institutlarının iş qrafiki ilə bağlı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:
https://uploads.cbar.az/press-releases/c00847ed221cddde6a2b250ff.pdf
https://uploads.cbar.az/press-releases/d23208f97a7d7c11ceb58f765.pdf
https://uploads.cbar.az/press-releases/829297ac8cc83359878574d4e.pdf