Gəncədə Startap Günləri keçirilib-Fotolar

Tədbirin adı

Gəncədə Startap Günləri keçirilib-Fotolar

Məkan

Gəncə

Təşkilatçı

Startap Azərbaycan

Tarix

28.11.2016

Əlaqə məlumatları

Təsvir

25-27 noyabrda Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində“Azərbaycan Startup Festivalı” çərçivəsində Startap Günləri təşkil olunub.

Festival Startap Azərbaycan və ASAN Könüllülərinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Xeberler.az-ın məlumatına görə, noyabrın 25-də Gəncədə Məhsəti Gəncəvi Muzeyində Festivalin açılış mərasimi keçirilib.

Festivalın açılışında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ASAN Könüllülər Təşkilatının rəsmisi Bəxtiyar İsmayılov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında  İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Gəncə Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov, YT Parkın direktor müavini Kənan Bayramov, VXSİ Dövlət Agentliyinin departament rəhbərinin müavini Cahangir Haciyev , NEURON şirkətinin direktoru İsmayil Ələkbərov çıxış ediblər.

Çıxışlarda xüsusilə startap hərakatının regionlarda inkişafı və bu istiqamətdə görüləcək işlər vurğulanıb.

Daha sonra Festival çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində Startap Günləri başlayıb.

Günlərin açılışında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz , İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və fondun əməkdaşı Əkbər Abbasov, YTP-ın direktor müavini Kənan Bayramov və YTP-ın department rəhbəri nümayəndəsi Ülvi Aslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Cahangir Hacıyev, Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov iştirak edib.

Gəncədəki 3 universitetin (Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim və tələbələri də Startap Günlərinin açılışında olub.

ADAU-nun prorektoru Aidə Qasımova qonaqları salamlayaraq universitet haqda geniş məlumat verib. Universitet rəsmisi belə tədbirin ADAU-da təşkil edildiyi üçün təşkilatçılara təşəkkür edib.O, innovativ ideyaların bugünki dövrdə əhəmiyyətini vurğulayaraq tələbələri Günlərdə aktiv olmağa səsləyib.

Açılışdan dərhal sonra “Regionlarda startapların inkişafı : problemlər və perspektivlər” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda regionlarda startap infrastrukturun formalaşması, yeni startapların investisiya əldə etməsi yolları, milli startaplar üçün ilkin investisiya mənbələri: dövlət, özəl və fiziki şəxslər ( angel) tərəfindən startaplara dəstək və yeni startapların yaranmasında biznes inkubatorların, texnoparkların və universitetlərin rolu ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda dövlət qurumlarının, Gəncədəki universitetlərin məsul şəxslərinin, İT ekspertlərin iştirakı ilə çıxışlar və müzakirələri olub.

Belə ki, Elçin Zeynalov , ATU-nun Tərbiyə İşləri üzrə koordinatoru Rauf Əmənov, Azərbaycan Dövlət Aqrar Universitet, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Mustafayev, İT ekspert Vahid Qasımov konfransda bölgələrdə startap sahəsi ilə bağlı mövcud problemlər və bu problemlərin həlli istiqamətində öz təklifəri ilə çıxış edib.

Konfransdan sonra ekspert və mentorların dəstəyi ilə iştirakçılar tərəfindən yeni biznes - ideyaların irəli sürülməsi, bunun müzakirəsi və ideyaların yarışı başlayıb.

Bu mərhələdə müxtəlif universitetlərdən olan tələbələr 50-yə yaxın ideya səsləndirib. Daha sonra ən yaxşı 6 ideya seçilib.

Qalib ideyalar ətrafında komandalar formalaşırılıb və komandalar işə başlayıb. Startap Azərbaycan-ın ekspertləri və mentorları (Vahid Qasımov, Namət Məmmədzadə, Fərid Kazımov, Samir Mehdi , Tələt Rzayev , Murad Həsənzadə, Hüseyn Hüseynzadə) komandalara öz tövsiylərini verib.

Noyabrın 26-da, səhər saat 10:00-dan onlar öz eskpert və mentorların yardımı ilə layihələri üzərində işlərə başlayıb və axşama qədər fəaliyyətlərini davam etdiriblər.

Həmçinin komandalar üçün təlimlər də təşkil edilib. Vahid Qasımovun moderatorluğu ilə İnternet biznesə yeni başlayanlar üçün təlim keçirilib.

Təlimçilər Fərid Kazımov, Vahid Qasımov və Murad Həsənzadə komandalara layihələrinin prototiplərinin hazırlanması, komanda formasında fəaliyyət, layihələrin təqdimatı zamanı diqqət etməli olduğu vacib məqamlar barədə məlumat verilib

Onlar eskpert və mentorların dəstəyi ilə layihələrinin təqdimat forması üzərində işləməyi öyrənib. Günün sonuna qədər komandalar layihələr üzərində fəaliyyəti davam etdirib.

Noyabrın 27-də isə Startap Günlərinin yekun mərhələsi keçirilib və qalib komandalar müəyyən edilib.

 Belə ki, komandalar hazırladıqları layihələrin ekspertlər qarşısında 10 dəqiqəlik təqdimatını edib. Dünən Startap Günlərində yekunda bu layihələrin yarışması təşkil olunub və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Dünən 6 komanda arasından qaliblər elan edilib.

Startap Günlərinin yekun təqdimatı, qaliblərin müəyyən açıqlanması mərasimi isə Gəncədə Ramada otelində təşkil edilib.

Bu məqsədlə Startap Azərbaycan və ASAN Könüllülərinin birgə təşkilatçılığı ilə Startap Günlərinin yekun təqdimat mərasimi keçirilib.

Dünən həmçinin Azərbaycan Startap Festivalı çərçivəsində  ASAN Könüllüləri tərəfindən Beynəlxalq Startap Akademiyasının da açılışı da olub.

Startap günlərinin yekun təqdimat mərasimində Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, ASAN Könüllülər Təşkilatının rəsmisi Bəxtiyar İslamov, Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov,  VXSİ Dövlət Agentliyinin departament rəhbərinin müavini Cahangir Haciyev çıxış ediblər.

Osman Gündüz festival çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Forum rəhbəri  Startap Günlərində xeyli sayda tədbirlərin keçirildiyini   Gəncədəki universitetlərdən iştirak edən komandaların aktivliyini xüsusi vurğulayıb. O, bölgələrdə bu sahəyə böyük və maraq olduğunu deyib.

Osman Gündüz bu sahənin regionlar da inkişaf etdirilməsi üçün öz təkliflərini səsləndirib.

Daha sonra Startap Günlərinin qalib komandaları elan edlib:

I. Aqro Dron- Kənd təsərrüfatında insan faktorunu minimuma endirən, ekologiyaya az ziyan verən və effektliyin artırılması üçün əkin sahələrinin gübrələmə və dərmanlama imkanı olan dron. Komanda üzvlərinin əksəriyyəti ixtisasca kənd təsərrüfatı mütəxəssisləri olduğundan, layihə aqrar sektorun ən tələb olunan bir sahəni əhatə edir.

 II. Sağlam Qida -Dünyada organik qidaya ehtiyac artır, sağlam qida komandası fermer təsərrüfatlarında mal qaranı xüsusi çiplə qeydiyyata alır. Mağazalardan alınan ətin üzərindəki hologramda göstərilən identifakasiya bar kodu vasitəsilə müştəri həmən ətin məxsus olduğu mal qaranın, harada yetişdirildiyi, hansı dərmanlar və vaksinlər vurulması və s. məlumatı əldə edə bilir.

III. Lokal e-sertifikasiya -Elektron sənəd dövriyyəsi üçün həlldir, təqdim edilən orqanlar sənədlərin saxtalaşdırılmaması və doğruluğunu asan yol ilə yoxlamaq imkanlarını yaradır.

Qaliblərə və fərqlənənlərə Neuron Technologies, SİNAM və Lenovo şirkətlərinin qiymətli hədiyyələri və Startap Azərbaycan-ın sertifikat və diplomları təqdim edilib.

Startap Günləri Startap Azərbaycan çərçivəsində keçirilir.

Startap Azərbaycan layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Yüksək Texnologiyalar Parkı , İT-nin İnkişafına Dəstək Dövlət Fondu, Neuron Technologies, SİNAM və Lenovo şirkətləri dəstək veirir.

Startap Günləri çərçivəsində keçirilən tədbirlərin Fotoları:

  1. Azərbaycan Startap Festivalınn açılışı
  2. Azərbaycan Dövlət Aqrar Universitetində Startap Azərbaycan tərəfindən Startap Günlərinin açılışı və "Regional startap ekosistem: problemlər və perspektivlər" mövzusunda konfrans
  3. Gəncə Startap Günlərində ideyaların yarışması
  4. Startap Günlərində 6 komanda mentorların dəstəyi i ilə layihələrin ilkin versilarını hazırlayıb
  5. Startap Günləri çərçivəsində yeni başlayan startapçılar üçün təlimlər təşkil olunub. 
  6. Startap Günlərində ekspertlər layihələrin qiymətləndirilməsini həyata keçirib
  7. Startap Günlərinin yekun təqdimat mərasimi
     

Şəkillər