Xaricdən investisiya alan Azərbaycan startapları-Siyahı

Xaricdən investisiya alan Azərbaycan startapları-Siyahı

Son aylarda həmyerlilərimizin təsis etdiyi startaplar uğurlara imza atıb.

Startup.az tanınmış startapçılardan Vaqif Abbasovun paylaşımına istinadən bildirir ki, Fatal Fight oyun layihəsi ilə yaxından tanıdığımı Toğrul Səmədovun Buglance startapı xaricdən 160 min dollar maliyyə alıb.

Hazırda ABŞ-da fəaliyyət göstərən , həmyerlimizin təsisçisi olduğu  WeTravel startapı isə  2 milyon  dollar investisiya əldə edib.

Türkiyədə həmyerlimizin təsisçisi olduğu Paym.es startapı isə  180 min  dollar qazanıb.

Ramil Məhərrəmov, Cəfər Babayev tərəfindən təsis edilən Maliyya startapı da  1.3 milyon investisiya ilə diqqəti çəkir.

Vaqif Abbasov,  Emin Vəli və Elşad Yusiflinin  birgə qurduğu Keepface bu yaxınlarda Dubayda 300 min dollar toxum investisiya aldı.

Startup.az

 

Paylaş