TEKNOFEST Azərbaycan gənclərin innovasiyalara olan marağını artıracaq
“TEKNOFEST Azərbaycan” gənclərin kütləvi olaraq elmə, texnologiyalara, innovasiyalara olan marağın artırılması üçün təkanverici qüvvə olacaq.
Startup.az xəbər verir ki bunu “TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransına çıxış edərkən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Onun sözlərinə görə, digər baxımdan onların istər məktəbdə, istər universitetlərdə əldə etdikləri bilik və bacarıqların praktik müstəvidə həyata keçirmək üçün çox yaxşı bir zəmin olacaq.
"“TEKNOFEST Azərbaycan”ın ən böyük yarışmasından biri olan "Take of" startap yarışması bizi beynəlxalq bazarlara çıxış üçün potensial imkanlara malik olan startaplar üçün, öz məhsullarını bura dəvət olunan Vençur fondlarına təqdim etmələrinə imkan yaradacaq", - deyə nazir əlavə edib.