Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

Startaplar üçün növbəti qrant müsabiqəsi başlayır

NRYTN yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda Fondun fəaliyyəti ilə bağlı bır sıra məsələlər müzakirə edilib.

Belə ki, tədbirdə Fondun maliyyə vəsaitlərinin 2018-ci il üzrə bölgüsü, müvəkkil kredit təşkilatları üçün kredit xətlərinin müəyyənləşdirilməsi kimi məsələlərə baxılıb.

İcasda həmçinin startaplar üçün 6-cı qrant müsabiqəsinin élan olunması haqqında qərar qəbul edilib. Qeyd edilib ki, müsabiqəyə təqdim edilən layihələrin qeydiyyatının gələn aydan başlanılması nəzərdə tutulub.

Müsabiqə haqqında daha geniş məlumat Fond tərəfindən yaxın günlərdə açıqlanacaq.

Paylaş