Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

Dünən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının şurasının iclası keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda İKT sahəsində sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşidirlməsi məqsədi ilə Fondun güzəştli kreditlərin verilməsi maliyyə mexanizmi üzrə müvəkkil bankların siyahısı təsdiq edilib.

Müşahidə Şurasının dünənki toplantısında Kapital Bank da Fond tərəfindən müvəkkil banklar siyahısına daxil edilib.

Beləliklə, İT sahəsində sahibkarlara kredit vermək imkanı olan bankların siyahısı 7 olub.

Sahibkarların kredit ala biləcəyi banklar aşağdakılardır:

-Paşa Bank

-Respublika Bank

- Dəmir Bank

-Rabitə Bank

-Bank BTB

-Xalq Bank

-Kapital Bank

 Fondun bu təşəbbüsü nəyə xidmət edir?

Məlum olduğu kimi, hər il İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu İKT layihələrə müəyyən məbləğdə maliyyə -qrantlar ayırır. Qrantlar daha çox ilkin maliyyələşmə mənbəyi rolunu oynayır və daha çox yeni başlayanlar üçün nəzərdə tutulur. Amma bəzən elə layihələr olur ki, onlar artıq oturuşmuş şirkətlər tərəfindən irəli sürülür. Fondun müvəkkil banklarla işləməsinin səbəbi də öz biznesini qurub, genişləndirmək istəyənlərə dəstək göstərməkdir.

Yəni, əgər şirkət olaraq artıq formalaşmısınızsa,  layihənizin inkişafı üçün qeyd edilən banklardan güzətli kredit götürərək fəaliyyətinizi davam etdirə bilərsiniz.

Güzəştli kreditlərdə istiafdə qaydaları ilə  bağlı Fondun rəsmi saytından məlumat əldə edə bilərsiniz.

 

Paylaş