Qalib startaplar nə  vaxt açıqlanacaq?

Qalib startaplar nə vaxt açıqlanacaq?

Məlumat verdiyimiz kimi, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun  növbəti qrant müsabiqəsində 71 startap mübarizə aparır.

Belə ki, bu il kompleks ekspertizaya təqdim olunmuş 150 layihədən 71-i müsbət rəy alıb. Müsbət rəy almış layihələr yekun qərarın verilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilib.

Müşahidə Şurasının növbəti iclasının isə sentyabrın 15-də keçiriləcəyi nəzərdə tutulub.

Saytımızda qrant müsabiqənin nəticələrinin elan ediləcəyi vaxtla bağlı çox sayda sorğu daxil olur.

Bunları nəzərə alaraq məsələ ilə yenidən maraqlandıq.

Fonddan Xeberler.az-a verilən məlumata görə, qrant müsabiqəsinin qalibləri sentyabrın 20-nə qədər açıqlanacaq.

Paylaş