Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək

19 -20 aprel tarixlərdə Turizm və Sosial Xidmətlər üzrə Peşə Təhsil Mərkəzində Startap Günləri keçiriləcək.

Xeberler.az  bildirir ki, bu məqsədlə Startap Azərbaycan bu gün adı çəkilən təhsil müəssisəsində tələbələrlə görüş keçirib. Görüşdə Startap Günlərinin mahiyyəti, tələbələrdən gözləntilər haqqında məlumatlar verilib.

Qeyd edək ki, Startap Günləri Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəsətyi ilə AİF tərəfindən Startap Azərbaycan çərçivəsində keçirilir. Startap Günlərinə Azərbaycan Beynəlxalq Bankı və SİNAM şirkətləri dəstək verir.

Paylaş