Nazir: “100 % nəticə olacağı bilinsəydi, hamı startapla məşğul olardı

Nazir: “100 % nəticə olacağı bilinsəydi, hamı startapla məşğul olardı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda böyük investisiya portfelinə malik uğurlu startapın olmaması ilə bağlı fikirlərə münasibət bildirib.

Startup.az Reporta istinadən bildirir ki, Nazir açıqlamasında bu iddialarla razılaşmadığını deyib: "Mən deməzdim ki, böyük investisiya portfelinə malik uğurlu startap yoxdur. Bu yaxınlarda “Nextsale” startapı beynəlxalq bazarlara yaxşı bir çıxış etdi. Bu prosesdir və biz də prosesə başlamışıq. Məncə, kimsə bilsəydi ki, nəticə 100 %-likdir, hamı gedib startapla məşğul olardı. Bu, bir mədəniyyətdir. Startap mədəniyyəti, risk götürmə mədəniyyəti və s. Yəni elmi biliklərlə, bacarıqlarla yanaşı eyni zamanda bizim gənclərimizin risk götürə bilmə qabiliyyəti və yaxud risk götürə bilmə mədəniyyəti olmalıdır. Məqsədimiz elə startap ekosistemi yaratmaqdır. Bunun müxtəlif komponentləri var və biz müxtəlif istiqamətlərdə işlər aparırıq”.

Vergi Məcəlləsinə edilən son dəyişikliyə görə, startaplar 3 il müddətində vergidən azaddır. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) startapları xüsusi şəhadətnamə ilə təmin edir və 20 min manat vəsait ayırır.

Paylaş