Keepface Gürcüstan bazarında fəaliyyətə başladı

Keepface Gürcüstan bazarında fəaliyyətə başladı

 

Son illər dünyada trend olan "Influencer Marketing" platformaları sürətlə artmaqdadır. Hətta buna "Reklamın yeni dövrü" deyə adlandıranlar da var.

Reklam posterlərini brendlər paylaşdıqda ona maraq çox az olur və məhəl qoyulmur. Ona görə hər kəs məhsul və xidmətin "ağızdan-ağıza" yayılmağını istəyir. Influencer Marketinq platformaları isə məzmunun viral  yayılması üçün bir başlanğıc ola bilir.

Buna görə də ötən il  Azərbaycanda brend şirkətlərlə  nüfuzlu sosial media istifadəçiləri və bloqerlərlə birgə sosial media layihələri hazırlamaq məqsədi ilə  Keepface platforması  fəaliyyətə başladı.

Belə ki, bu trendə uyğun Azərbaycan və qonşu ölkələri hədəfləyən Keepface bu gündən qlobal bazara açılıb.

Keepface adlı layihə sevdiyiniz brendlər ilə işləməyə və onların sosial media kampaniyalarının bir parçası olmağa imkan yaradır.

Layihənin rəhbəri isə startap sektorundan bir neçə layihəsi ilə tanıdığımız Vaqif Abbasovdur. Layihənin digər ortaqları isə İT  sektorundan  tanıdığımız Elşad Yusifli və marketinq sahəsində  fəaliyyət göstərən Emin Vəlidir. 

Keepaface bu gündən artıq Gürcüstanda da xidmətə başlayıb.

Bu barədə Xeberler.az-a layihə rəhbəri Vaqif Abbasov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan bazarında  Influencer Marketing platforması  mövcud deyil. Ona görə Keepface komandası bu bazarı seçib.

Vaqif Abbasov qeyd edib ki,  onlar Azərbaycanda 1 ildir ki, 1000-dən artıq influencerlə və 30-a yaxın yerli və beynəlxalq şirkətlə əməkdaşlıq edir:

"Bəzi brendlərin regional ofisləri ilə çalışdığımızdan qonşu ölkələrdə də bu xidmətin təşkilində çox maraqlıyıq. Gürcüstanda artıq bir neçə böyük şirkətlə müqaviləmiz var. Bu ilki genişlənmə planımıza uyğun olaraq bir neçə aya Türkiyə, Rusiya, Ukrayna və MENA bölgələrində fəaliyyət planlanıb".

Layihə barədə daha ətraflı burada. 

Paylaş