GİST-də iştirak edən 15 yaşlı həmyerlimizə dəstək lazımdır
Bu il Qlobal Sahibkarlıq Sammiti noyabrın 28-30 tarixlərində Donald Trump-ın qızı İvanka Trump-ın iştirakı ilə Hindistanda baş tutacaq.
Xeberler.az-ın məlumatına görə, sammit Hindistanın Heydərabad şəhərində keçiriləcək.
“İlk növbədə qadınlar, tərəqqi hamı ücün" şüarı altında olacaq sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə ediləcək.
Qeyd edək ki, hər il keçirilən sammitə Azərbaycadan da sahibkarlar və startapçılar qatılır.
Belə ki, bu il ölkəmizi bu Sammitdə Gənclik İstək liseyinin 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova təmsil edəcək.
Reyhan Camalova tədbirə öz “Rainergy” startapı ilə qatılır.
Həm Qlobal Sahibkarlıq Sammiti, həm də "Rainergy” startapı ilə bağlı R.Camalova ilə ətraflı söhbət etdik.
Onun sözlərinə görə, hazırda dünyada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Elə sözügedən” Rainergy”cihazı da alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir:
“Bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Həmçinin, bu cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında istifadə oluna bilər”.