EnterpriseAzerbaijan.com portalı  startapçılarla təlimlərə başladı

EnterpriseAzerbaijan.com portalı startapçılarla təlimlərə başladı

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Vergilər nazirliyi ilə birgə yeni layihəyə start verib. Layihənin həyata keçirilməsində məqsəd tələbələri, yeni ideya və layihələri həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfi haqqında məlumatlandırmaqdır.

Layihə çərçivəsində ilk tədbir Turizm və Menecement Universitetində reallaşıb. Bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “EnterpriseAzerbaijan” portalı startapların inkubasiya və akselerasiyasına təmənnasız dəstək olur. EnterpriseAzerbaijan.com portalının nümayəndəsi Oruc Dursunzadə portalın funksionallığı və təqdim etdiyi yeniliklər o cümlədən, gənc sahibkarlar üçün yaratdığı imkanlar, yerli və xarici bazarlarına çıxışın yolları haqqında ətraflı məlumat verib.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov isə kiçik və mikro sahibkarlara o cümlədən, startapçılara biznesə
başlamaq üçün hüquqi şəxslərin 1 prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi haqqında ətraflı məlumat verilib. Tədbirin gedişində EnterpriseAzerbaijan.com portalında akselerasiya keçən “ALMA consulting” şirkətinin direktoru Habil Əhmədov da startapçı olaraq fəaliyyətinə bu platformada verilən dəstəkdən danışıb. O, Enterprise Azerbaijan portalının yaratdığı akselerator imkanlarından yararlanan istifadəçi olaraq tələbələrə məlumatlar təqdim edib. Portala layihəsi yeni daxil edilən və təlim müddətində müzakirənin məzmununu vizual olaraq yaradan gənc startapçı Nərmin Fərzəliyevanın rəsmi menecer Aytən Məmmədova tərəfindən Turizm və Menecement Universitetin Elm və innovasiya şöbəsinin müdiri Nəsrulla Nəsirliyə təqdim olunub. EnterpriseAzerbaijan.com portalı ölkəmizin 15-ə qədər universitetində 2000 nəfərə yaxın tələbə ilə görüşərək biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirəcək. Tələbələrin uğurlu layihələri EnterpriseAzerbaijan.com portalına daxil ediləcək və bu layihələr maliyyələşdirilmək üçün mələk, toxum və vençur investorlara təqdim olunacaq.

Paylaş