AzTU-da Startap Günləri-nin başlanmasına son 1 gün qaldı

AzTU-da Startap Günləri-nin başlanmasına son 1 gün qaldı

12-13 aprel 2019-cu il tarixində Azərbaycan Texniki Universitetində (AzTU) keçiriləcək “Startap Günləri” ilə bağlı hazırlıq işlər yerinə yetirilib.

AzTU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, işçi qrupları yaradılıb və “Startap Günləri”nin keçiriləcəyi yerlər hazırlanıb. Tələbələrin orada rahat şəkildə iştirak edib öz ideyalarını nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. Bu günə qədər “Startap Günləri”nə qatılmaq üçün 117 nəfər tələbə qeydiyyatdan keçib.

Qeyd edək ki, “Startap Günləri” AzTU-da ötən il də təşkil olunub. Ötən il yarışmanın qaydalarına uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən olunub və onlara müxtəlif hədiyyələr, həmçinin pul mükafatı təqdim olunub. Bu ildə ənənəyə uyğun olaraq ən yaxşı 3 startap seçilərək 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyən olunacaq. Qaliblərə yarışmanın sponsorları tərəfindən hədiyyələrin və Respublika Finalına qatılma şansı veriləcək.

Paylaş