Azərbaycan Texniki Universitetində növbəti Startap Günləri başlayıb

Azərbaycan Texniki Universitetində növbəti Startap Günləri başlayıb

 

Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) növbəti Startap Günləri başlayıb.

AzTU-da  biznes ideyalarının açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Səmral Əliyev, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Yadigar Cəfərov qonaqları salamlayaraq bu istiqamətdə görüləcək işlərdən danışıblar.

Daha sonra biznes ideyalarının yarışı keçirilib. Qalib gələn beş biznes ideyaları ətrafında startap komandaları qurulub. Bununla da Startap Günlərinin birinci günü başa çatıb.

Sabah komandalar ekspert və mentorların köməyi ilə biznes ideyaları ətrafında layihələrinin prototiplərini hazırlayaraq təqdim edəcəklər. Yekunda bu layihələrin qiymətləndirilməsi olacaq. Qaliblər sertifikat, diplom və hədiyyələrlə təltif olunacaq.

Qeyd edək ki, qalib komandalar ölkə üzrə keçirilən Startap Azərbaycan tədbirində iştirak etmək hüququnu qazanacaq.

Tədbirlər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı və Sinam şirkətləri Startap Günlərinə sponsorluq edirlər.

Paylaş