Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC təşkilatçılığı ilə “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə keçirilən “Azcloud Hackathon 2019” müsabiqəsi başa çatıb.
Yarışma bir neçə mərhələdən ibarət idi və komandalar müştərilər ilə əlaqənin rəqəmsallaşdırılması və platformasının (CRM) yaradılması üzərində çalışırdırlar. İlk öncə texniki tapşırıqlarını alan komandalar 30 avqust saat 10:00-dan 18:00-a kimi öz məhsullarını prezentasiya şəklində münsiflər heyətinə təqdim etdilər.
9 nəfər üzvü olan münsiflər heyətinə R.İ.S.K. şirkətinin icraçı direktoru Rüfət Quliyev, TrendMicro şirkətinin MDB ölkələri, Gürcüstan və Monqolustan üzrə regional direktoru German Pozankov, “Azercell Telekom” MMC-nin baş eksperti Asif İbrahimov, “Bestcomp” şirkətinin sistem arxitektoru Hafiz Mustafa, Orxan Mirsadiqov HPE Azərbaycan şirkətinin texniki məsləhətçi “AzInTelecom” MMC-nin Kommersiya departamentinin rəhbəri Ruslan Əliyev, Proqram təminatının inkişafı şöbəsinin müdiri Əşrəf Şahverdiyev və Proqram təminatının inkişafı şöbəsinin mütəxəssisi Eldar Vəlibəyov daxildir.
Qeyd edək ki, müsabiqəyə 20 komanda və 80-dən çox iştirakçı qeydiyyatdan keçərək qatılmışdır. Bu komandalar JetNails, Avanti, Espresso Team, Coffee Jar, Sooners, Simplify, 24/7, Just Amateurs, Binary Beats, CodeRun, Bottom text, Salam, Heaps don’t lie, 45 minutes, Code fathers, Good Fellas, Guardians, The Unknowns, Adroit, Novum Juniors komandalar idi.
Axşam saatlarında təşkil olunan qala gecəsində münsiflər heyəti tərəfindən “Azcloud Hackathon 2019” müsabiqəsinin qalibi elan olundu və qalib *Coffee Jar* komandası elan edildi. Daha sonra Coda qrupunun və DJ Panchonun iştirakı ilə möhtəşəm party ilə tədbir başa çatdı.