Apple məşhur tətbiqi satın alır

Apple məşhur tətbiqi satın alır

 

Apple musiqi tanıma tətbiqi  Shazam-ı satın alır.

Xeberler.az xarici mediada yayımlanan məlumata istinadən bildirir ki, satınalmanın dekabrın 11-də rəsmi olaraq təsdiq ediləcəyi gözlənilir.

Müxtəlif mənbələrin məlumatuna görə, Apple Shazam üçün 401 milyon dollar ödəyəcək.

1999-cu ildə yaradılan Shazam şirkətinə  məxsus Shazam mobil  tətbiqi əhəmiyyətli bir  uğura imza atdı.

Belə ki, tərbiq bugünə qədər 1 milyarddan çox yüklənib.

Shazam proqramı ətrafınızdakı səsləri dinləmək üçün telefonunuzun mikrofonunu istifadə edir və bu, hansı mahnılar ifa edilirsə, onun adını Sizə təqdim edir.

Paylaş