2017-ci ildə batan startaplar-Siyahı

2017-ci ildə batan startaplar-Siyahı

Bəzi startaplar çox böyük miqdarda investisiya alsa da, 2017-ci il onlar üçün uğrlu olmadı. Belə ki, həmin startaplar bu il fəaliyyətini dayandırmalı oldu.

Xarici mediada 2017-ci ildə batan startap layihələrinin adı açıqlanıb.

Xeberler.az həmin startapları təqdim edir:

Beepi (2013 – Fevral 2017)

Aldığı investisiya: 150 milyon dollar
Dəyəri: 560 milyon dollar

Beepi avtomobilini satmaq istəyənləri və ikinci bir avtomobil almaq istəyənləri bir araya gətirən platforma idi.

Quixey (2009 – Fevral 2017)

Aldığı investisiya: 133 milyon dollar
Dəyəri: 600 milyon dollar

Quixe mobil tətbiqləri skan edən axtarış sistemi idi.

Yik Yak (2013 – Aprel 2017)

Aldığı investisiya: 73 milyon dollar
Dəyəri: 400 milyon dollar

Yik Yak anonim sosial şəbəkəsi idi.

Maple (2014 – May 2017)

 

Aldığı investisiya: 29 milyon dollar
Dəyəri: 115 milyon dollar

Maple Nyu-Yorkda yerləşən bir yemək xidməti idi.

Sprig (2013 – May 2017)

Aldığı investisiya: 57 milyon dollar
Dəyəri: 110 milyon dollar

Sprig abunəçilərinə hər gün yemək göndərən servis idi.

Hello (2012 – İyun 2017)

Aldığı investisiya: 40 milyon dollar
Dəyəri: 300 milyon dollar

Hello məşhur Sense adlı yuxu təqib sensorunun arxasındakı ad idi.

Jawbone (1997 – İyun 2017)

Aldığı investisiya: 1 milyard dollar
Dəyəri: 3 milyard dollar

Jawbone dünyanın ən məşhur texnologiya şirkətlərindən biri idi.

Juicero (2013 – Sentyabr 2017)

Aldığı investisiya: 118,5 milyon dollar
Dəyəri: 270 milyon dollar

Juicero ağıllı meyvə şirələri istehsal edən startap idi

Raptr (2008 – Sentyabr 2017)

Aldığı investisiya: 44 milyon dollar
Dəyəri: 170 milyon dollar

Raptr oyunçular üçün nəzərdə tutulmuş bir sosial şəbəkə idi və istifadəçilərin saatda hansı oyunları oynadığını göstərə bilirdi.

Doppler Labs (2013 – Noyabr 2017)

Aldığı investisiya: 51 milyon dollar
Dəyəri: 235 milyon dollar

Doppler Labs smart qulaqlıq hazırlayan bir hardware istehsalçısı idi.

Məltəm Talıbzadə

 

Paylaş