AzeRobot

Qurumun adı

AzeRobot

İstiqamətlər

Robototexnika

Təsvir

AzeRobot education Robototexnika tədris mərkəzi 2021-ci ilin iyul ayından fəaliyyət göstərməyə başlayıb.

Tədris mərkəzimizdə 5 yaşdan yuxarı hər kəs üçün robototexnika, mühəndislik, proqramlaşdırma sahələrinin tədrisi həyata keçirilir. Şəbəkə şəklində fəaliyyət göstərən AzeRobot Koroğlu, Şəhriyar, Bilgəh, Balaxanı, Pirşağı, Ramana, Binəqədi filiallarından ibarətdir. AzeRobotun bütün şəhər və kəndlərdə filiallarının açılması nəzərdə tutulub.

Mərkəzlərdə robototexnika dərslərinin tədrisi yüksək səviyyədə təşkil olunur.  Belə ki, bütün filiallarda uşaqların bu sahəni mükəmməl mənimsəməsi üçün rahat və əlverişli şərait yaradılıb. Həmçinin hər tələbə üçün  dərs vəsaitləri, kompüterlər, planşetlər nəzərdə tutulub. Bütün filiallarda dərs otaqları kamera sistemi, 3D printerlər və son model texniki avadanlıqlarla təmin olunmuşdur.  Dərs zamanı valideynlər gözləmə zalında övladlarını izləyə bilərlər. Əlavə olaraq, mərkəzimizdə tələbələri və müəllimləri müşayiət edən, çətinlik zamanı onlara kömək edən psixoloqumuz fəaliyyət göstərir.
 

Əlaqə

(012) 525 52 16 . (051) 215 35 75

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar