BMU Texnoparkı

Qurumun adı

BMU Texnoparkı

İstiqamətlər

Sahibkarlıq, İnnovativ layihələr

Təsvir

Bakı Mühəndsilik Universiteti (BMU) tərkibində Texnopark da mövcuddur.

BMU Texnoparkı aşağıdakı missiya əsasında işini formalaşdırır:

Əlavə dəyərə malik, yüksək texnoloji əhəmiyyətli xidmət və ya məhsulların istehsalını və daha səmərəli həll yollarının tapılmasını inkişaf etdirmək;

Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına dəstək vermək;

İş dünyası ilə Universitetin professor-müəllim və tələbə heyəti arasında əlaqələri inkişaf etdirmək;

Dünyada sürətlə inkişaf edən yüksək texnoloji yeniliklərin mənimsənilməsi və istehsalında iştirak etmək.

Universitetin tədris və araşdırma fəaliyyətlərini dəyərləndirərək, iş dünyasının peşəkarları ilə birlikdə, səmərəli nəticələr əldə edilməsi üşün əlverişli mühiti formalaşdırmaq;

Universitetin elmi təchizat imkanlarının faydalı iş əmsalını artırmaq, eləcə də professor-müəllim və tələbə-magistr heyətini real və kommersiyalaşdırıla bilən araşdırma işlərinə cəlb etmək və dəstəkləmək;

Professor-müəllim heyətini və tələbələri sahibkarlıq fəaliyyətinə təşviq etmək və bu istiqamətdə onları dəstəkləmək. Bu məqsədlə təşəbbüskarlıq mədəniyyətinin  inkişafı üçün işlər görmək.

Hazırda, BMU Texnoparkının əsas fəaliyyət istiqamətlərini isə, aşağıdakı şəkildə qeyd etmək olar:

            1. Sahibkarlıqda innovasiya fəaliyyətləri:  Bu istiqamət əsasında mövcud sahibkarlıq subyektləri ilə (rezidentlərlə) birlikdə iş aparılır. Sahibkarlıqda innovasiya fəaliyyətlərinin əsas hissəsini BMU Texnoparkda ofis açmış şirkətlərin həyata keçirdiyi layihələr əhatə etsə də, digər şirkətlərlə də müxtəlif layihə və ya proqramlarda müştərək fəaliyyətlər təşkil olunmaqla ekositemin imkanları gücləndirilir.

İndiyə kimi, Texnoparkda 20 müxtəlif şirkət ofis və ya tədqiqat mərkəzi açmışdır. Bu şirkətlər texnoparkda, müştərək və ya müstəqil formada, 40-dan çox layihə həyata keçiriblər. Şirkətlərin bu cür fəaliyyətləri hazırda da davam edir.

            2. İnnovasiya sahibkarlığı fəaliyyətləri:  Bu innovasiyaların inkişafına əsaslanan, yeni biznes ideyalarının  inkişafını  əhatə edir. Bu istiqmətin səmərəli təşkil edilməsi üçün Texnopark Yeni Fikir Müsabiqəsini (YFM) həyata keçirir.  YFM Azərbaycanda həyata keçirilən ən böyük startap müsabiqəsidir. İndiyə kimi, 4 dəfə keçirilən YFM-də 694 layihə qiymətləndirməyə cəlb edilmiş, onlardan 29 layihənin inkişafı dəstəklənmişdir. Hazırda 5-ci dəfə olmaqla, YFM təşkil edilir.

Bundan başqa, universitet daxili startapların dəstəklənməsi layihəsi əsasında indiyə kimi 20-yə yaxın komandanın işi dəstəklənib. Hazırda, bu cür startaplardan 10 layihənin dəstəklənməsi texnoparkın İnkubasiya Mərkəzində davam edir.

Əlaqə

+994 (12) 349-99-58 +994 (12) 349-99-66/67

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar