"Vistar" Mükəmməllik Mərkəzi fəaliyyətə başlayıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kosmik Agentlik ("Azərkosmos") və "İsrail Aerokosmik Sənayesi" korporasiyasının birgə əməkdaşlığı ilə Azərbaycanda "Vistar" Mükəmməllik Mərkəzi təsis edilib Mərkəzin missiyası Azərbaycanda innovasiyalara dəstək vermək, innovativ təhsil, startapların inkişafı, innovativ sahibkarlıq, o cümlədən kosmik sahədə innovativ yanaşmanı və beynəlxalq texnoloji əməkdaşlığı təşviq etməkdir