Yerli məhsul istehsal edən startapımıza dəstək lazımdır

Yerli məhsul istehsal edən startapımıza dəstək lazımdır

Azərbaycanda xanımlardan ibarət  komanda kosmetik vasitələri ilə bağlı startap layihəsi hazırlayıb.

Belə ki, MES Beauty komandası kosmetik vasitələrin dəriyə və ətraf mühitə zərərli təsirlərinin qarşısını almağı hədəfləyir. Layihə bu problemlərin qarşını almaq üçün yerli təbii yaşıl kosmetik vasitə istehsal edir.

Xeberler.az layihənin fəaliyyəti ilə yaxından maraqlanıb.

MES Beauty komandasından verilən məlumata görə, dünyada, o cümlədən Azərbaycanda geniş istifadə olunan kosmetika və şəxsi gigyena məhsullarının tərkibində Triclosan, BHT, BHA kimi həm insan sağlamlığı (xüsusi ilə cinsiyyət hormonlarının funksiyalarını pozulması və xərçəng xəstəliyinin yaranması baxımından), həm də ətraf mühit üçün ciddi təhlükə mənbəyi olan sintetik kimyəvi maddələr var:

“ Ümumiyyətlə, bu və bu kimi digər sintetik maddələr adı çəkilən məhsullara onların istifadə müddəti və təsir gücünü artırmaq üçün əlavə edilir. Bu tip sintetik kimyəvi birləşmələr kanalizasiya suyu vasitəsi ilə ekosistemə qoşulur. Bundan başqa əksər kosmetik və şəxsi gigyena məhsullarının qablaşdırılmasında plastik materialdan istifadə olunur ki bu da ətraf mühitin əsas çirklənmə səbəblərindən biridir”.

Məlumata görə, MES Beauty olaraq  onlar kosmetika şəxsi gigyena məhsullarında istifadə olunan bütün sintetik maddələri 100% təbii olan xüsusi maddələrlə əvəz edirlər:

“Bununla da su hövzələrinin bu maddələrlə çirklənməsini azaltmaq, flora və faunanı qorumaqla yanaşı, bu kimyəvi birləşmələrin insanda harmonal pozğunluq və xərçəng xəstəliyi əmələgətirmə riskini də aradan qaldırırıq”.

Komanda qeyd edib ki, kosmetika və şəxsi gigyena məhsulları bazarındakı digər təbii məsullardan fərqli olaraq,  bu kremi daha uzun müddət (digərlərindən 2 dəfə artıq) istifadə etmək mümkündür:

“Biz buna dizayn etdiyimiz xüsusi qablaşdırma ilə nail oluruq, hansı ki həm də ətraf mühit və sağlamlıq üçün kifayyət qədər zərərli olan plastik qablaşdırmandan hər mənada daha üstündür və ətraf mühit eləcədə sağlamlıq üçün ziyanı yoxdur. Bundan başqa, məhsulumuz 2 müxtəlif kremin (nəmləndirici və yaşlanmaya qarşı) əsas xüsusiyyətlərin özündə əks etdirir və 2 kremin birlikdə qiymətindən daha ucuzdur”.

Öyrənirik ki, komanda  beynəlxalq patent almaq üçün müraciət etməyə hazırlaşır. Maliyyə problemlərini nəzərə alaraq MES Beauty bunun üçün vəsait toplama kampaniyasına (crowfunding) başlayıb.

“ Bu  layihə tibb və kimya (dərman və kosmetika istehsalı) sahələrində çox faydalı olacağına  ümid etdiyimiz 2 ixtira ilə bağlıdır. Hazırda beynəlxalq patent almaq üçün müraciət etmək ərəfəsindəyik, lakin maddi çətinliklərimiz var və buna gorə də  kampaniyaya  başladıq. Beynəlxalq patentə müraciətin şərtlərinə görə onlardan rəsmi məktub gələnə kimi  layihəmiz barədə yalnız bu məlumatları paylaşa bilərik”.

Qeyd edək ki, yerli startapımız Generosity platformasında crowdfunding kampaniyasına başlayıb. Xanımlardan ibarət startap komandasına 5000 hədəfinə çatması ücün hər kəs 1 USD ödəniş edərək, yerli istehsala dəstək göstərə bilər.

Startup.az

Paylaş