Sinqapur Azərbaycanda KOB-ların rəqəmsallaşdırılmasına kömək edəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Sinqapur dövlətinin “Singapore Cooperation Enterprise” qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
Startup.az məlumat verir ki, bu barədə İRİA məlumat yayaıb.
Bildirilir ki, memorandum Kiçik və Orta Biznesin (KOB) rəqəmsallaşdırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində qurumlar rəqəmsal hökumət xidmətləri, siyasət və tənzimləyici çərçivələr istiqamətində bacarıqların inkişafı və bilik mübadiləsini həyata keçirəcəklər.
Qeyd edək ki, Sinqapur KOB-ların rəqəmsallaşması sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə 2017-ci ildən fəaliyyət göstərir.