Sabah Startap Günləri başlayır- Nələr olacaq?

Sabah Startap Günləri başlayır- Nələr olacaq?

Sabah, 23 fevral tarixdə saat 13-də Qərbi Kaspi Universitetində Startap Günlərinə start veriləcək.

Xeberler.az-ın məlumatına görə, Startap Günləri 2 gün davam edəcək.

Məlumat verdiyimiz kimi Qərbi Kaspi Universitetində (Nərimanov Kampusu, Əhməd Rəcəbli 3) Startap Günlərinə hazırlıqla bağlı bir sıra tədbirlər həyata keçirilib.

Belə ki, Startap Günlərinin Proqramının da son versiyası açıqlanıb.

Qeyd edilib ki, Startap Günlərində Qərbi Kaspi Universitetinin tələbələri ilə yanaşı, bir sıra məktəblərin yuxarı sinif şagirdləri də iştirak edəcək.

Startap Günlərinin əsas tədbirlərindən biri də tələbələrin biznes ideyalarının və startap layihələrinin ilkin variantlarının hazırlanması olacaq.

Tədbirdə ştirakçılar və İnternet biznesə yeni başlayanlar üçün beynəlxalq ekspert tərəfindən, həmçinin də yerli eskpert və mentorlar tərəfindən təlimlər də təşkil ediləcək.

Günlər çərçivəsində yerli startap sahiblərinin, ekspertlərin və İT şirkət rəhbərlərinin yeni başlayan, internet biznesə maraq göstərən tələbə-gənclərlə görüşləri təşkil olunacaq.

Startap Günlərində tələbələr innovativ biznes ideyalar ətrafında komandalar formalaşdıracaq, mentorların və ekspertlərin köməyi ilə yeni startap layihələrinin ilkin variantlarını hazırlayacaqlar.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Yekunda bu Layihələrin təqdimatları və yarışması təşkil olunacaq və peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların və sponsorların qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi, Startap Azərbaycan, Qərbi Kaspi Universiteti (Western Caspian University), YTP və İT-nin İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə baş tutan Startap Günləri "İdeyadan Biznesə" layihəsi çərçivəsində Qərbi Kaspi Universiteti ilə yanaşı, Bakı şəhərində, Naxçıvanda və regionlarda fəaliyyət göstərən digər Universitetlərdə də keçirilməsi nəzərdə tutulub.

Startap Günlərinin keçirilməsində məqsəd ölkədə internet biznesin inkişafına təkan vermək, milli startap infrastrukturunu inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək və bu istiqamətdə onlara informasiya-metodiki dəstək vermək, startapçılar arasında əlaqələri gücləndirməkdən ibarətdir.

Startap Günlərinin Proqramı: http://startup.az/azerbaijan/program 

Startap Günlərinə hazırlıqlar: http://startup.az/azerbaijan/news/157 

Ekspertlər və mentorlar: http://startup.az/azerbaijan/startup-days/expert-soviet, http://startup.az/azerbaijan/startup-days/mentors 

Paylaş