Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və qlobal oyun biznesində 20 illik təcrübəyə malik olan “Xsolla” şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda oyun studiyaları üçün ilk inkubasiya proqramı - “IDDA - Xsolla Incubator Program”a qeydiyyat açıq elan edilib.

Startup.az bildirir ki, hibrid rejimdə keçiriləcək proqram 3 ay davam edəcək. Proqramda 3 qalib startap üçün 50, 75 və 100 min manatlıq pul mükafatı nəzərdə tutulub.

Yerli oyun studiyaları proqram ərzində kreativ sənayedə dayanıqlı biznes modelin qurulma strategiyası , qlobal bazarda rəqabət və şəbəkələşmə üzrə mentor dəstəyi, o cümlədən potensial investisiya imkanlarından faydalana biləcəklər.

Həmçinin studiyalar dünya üzrə oyun sənayesində tanınmış ekspertlərdən fərdi mentorluq ala biləcəklər. İnkubasiya proqramına qeydiyyat 2025-ci il aprelin 18-dək davam edəcək. Avqustda baş tutacaq təqdimatlar zamanı qalib komandalar elan ediləcək.

Proqrama müraciət etmək üçün link: Xsolla & IDDA - Azerbaijan Incubator Application 

Paylaş