Niderlandın ən yaxşı layihəsi BANM tələbələri tərəfindən təqdim olunub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının III kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova Niderlandda beynəlxalq səviyyədə öz layihələrini təqdim ediblər.
Startup.az bildirir ki, “Startupbootcamp” akselerasiya proqramında ən yaxşı layihə seçilən “CLIMASEL” xarici mentorlar tərəfindən də müsbət rəylər alıb.
Qeyd edək ki, səfər çərçivəsində tələbələr təlimlərə qatılıb, digər startap müəllifləri ilə əlaqələr qurub, eləcə də təcrübə mübadiləsi aparıblar. Bundan başqa, biznes modellərini təkmilləşdirmək imkanı əldə ediblər.
2000 layihə arasından seçilən “CLIMASEL” üçün 25 min avro investisiya ayrılıb. Layihə binalarda enerji sərfiyyatını azaldan və sabit temperaturun qorunmasını təmin edən bioəsaslı faza dəyişən materiallar əsasında hazırlanan Climasel panelləri istehsal edir.