May ayında keçiriləcək tədbirlər: ABB, Google Developers Group, Yaradıcı Mərkəz

May ayında keçiriləcək tədbirlər: ABB, Google Developers Group, Yaradıcı Mərkəz

May ayı bir-birindən fərqli istiqamətlərdə görüş, workshop-larla yadda qalacaq. Süni intellekt əsas götürülsə də, oyun qurmaq, vizual imic kimi mövzular da siyahıda yer alır. Tədbirlərin təşkilatçıları arasında Andersen Lab, ABB, Google Developers Group, Yaradıcı Mərkəzi, spikerlər arasında isə ölkədəki peşəkarların adlarını görə bilərsən. Sənin üçün ən yaxşılarını bir yerdə toplamışıq.

12 may, ABB Tech Academy-də workshop 

Biznes Analistsiz məhsul yaratmaq ciddi risk olduğundan, bu barədə peşəkar məsləhəti almaq lazımdır. Elə bunun üçün ABB Tech Akademiyasının təşkil etdiyi ‘‘From zero to Tech and AI?’’ adlı növbəti “workshop”a qoşulun. Təlimçi Təyyarə Əsgərova “workshop” zamanı bütün sualları cavablandıracaq. Tədbir 12 may, saat 19:00-da baş tutacaq. Qeydiyyat linki üçün kliklə!

14 may – Andersen Lab, AI for IT Products: From Insight to Automation

Arxitektura workshop seriyasının bir hissəsi olan bu sessiyada süni intellektin məhsul inkişafını necə dəyişdirdiyi müzakirə olunacaq. Daha ağıllı sistem dizaynı necə olur? Workflow-lar necə avtomatlaşdırılır? Spikerlər data arxitekt Rinat Qazixanov, məhsul meneceri Albert Faxrutdinovdur. Tədbirdə AI-ın çatdan başqa necə istifadə edilə biləcəyini,  praktiki nümunələr və real yanaşmalar üzərindən öyrənmək olacaq. Tədbirdə iştirak üçün keçid et! 

14 may – Oyun qurmaq arzun reallaşsın – GameDev Meetup

Son vaxtlar komandaya üzv axtaran, öz studiyasını qurmaq istəyən və ya oyun ideyası olsa da irəliləyə bilməyən insanların sayı artır. Əslində, bacarıqlı və istəkli insanları bir araya gətirmək elə də çətin deyil. Eyni məkan, mühitdə olmaq kifayət edir ki, yeni oyunlar yaradılsın. Əgər studiyanız və ya layihəniz üçün developer, game designer, artist və ya başqa komanda üzvləri axtarırsınızsa, bu meetup birbaşa əlaqə qurmaq üçün yaxşı fürsətdir. Yeni başlayanlar da qoşula bilər. Görüş 14 may, 19:00-da, Azərbaycan İnnovasiya Mərkəzində keçiriləcək. Qeydiyyat üçün tələs! 

16 may – Mühəndisliyi itirmədən AI-dan istifadə – ADA, GDG Baku 

Developerlər mühəndislik yanaşmasını itirmədən süni intellekt alətlərindən necə istifadə edə bilərlər? “Google Developers Group”un yeni tədbiri məhz bu mövzuya fokus olur. Spiker Emin Quliyev problemi düzgün müəyyənləşdirmək, kodu yoxlamaq, yaxşı test etmək və modelə nə zaman güvənməmək lazım olduğunu bilmək haqqında geniş müzakirələr aparacaq.  Emin Quliev, Kernel (NT, Linux) tədqiqatı, prosessor arxitekturası və kompilyator dizaynı üzrə ixtisaslaşmış dərin sistem proqramçısıdır. Tədbirdə sürprizlər və bəzi bonuslar da var. 16 may, saat 12.00-da, ADA Universitetində keçiriləcək tədbirə qeydiyyat üçün keçid et!

17 may –  Böyük ideyalar niyə uduzur? 

Hər birimiz dahi bir ideyanın dünyanı dəyişə biləcəyinə inanırıq. Lakin reallıq göstərir ki, ən parlaq ideyalar belə düzgün strategiya, idarəetmə və istifadəçi təcrübəsi olmadan uğursuzluğa düçar ola bilər.  Spikerlər və moderator Süleyman Xaspoladov (Moderator) Product Nexus-un təsisçisi və Product Owner, Özala Əliyeva (Head of Marketing və Marketinq exspert), Tural Səlimli ( Sr. Product Dizayner) öz təcrübələriniz bölüşür. Görüş 17 May, saat 14:00-da, IDTech Academy-də keçirilir. Qeydiyyat üçün keçid et!

22 may –  Necə fərqli görünəsən? – ABB-nin aparıcı dizayneri ilə workshop

Süni intellektin hər şeyi standartlaşdırdığı bir dövrdə sahibkar üçün fərqlənməyin yolu – güclü və yaddaqalan vizual imicdən keçir. Bəs rəqabətin bu qədər çox olduğu Sİ dövründə brendinizi necə “görünən” etməli? Sizi bu sualın cavabını ABB Bank-ın aparıcı dizayneri Nəriman Məmmədzadə ilə birgə tapacağımız vörkşopumuza dəvət edirik. Tədbir 22 may, 19:00-da, Yaradıcı Mərkəzdə keçirilir. Qeydiyyat üçün link

 

Paylaş