İstanbulda birinci “AmChams” Avrasiya İqtisadi Sammiti keçirilir
İstanbulda birinci “AmChams” Avrasiya İqtisadi Sammiti keçirilir.
Startup.az xəbər verir ki, bu barədə Bolqarıstan Xəbər Agentliyi (BTA) məlumat yayıb. Bildirilib ki, Türkiyə, Yunanıstan və Bolqarıstanın birgə ev sahibliyi etdiyi sammitdə 14 ölkədən 240-a yaxın hökumət, biznes liderləri və media nümayəndələri, o cümlədən “AmCham Azərbaycan”ın rəhbəri Dəyanət Sadullayev də iştirak edir.
Sammitin əsas məqsədi regionda iqtisadi inkişafın strateji əhəmiyyətinin müzakirəsi və iştirakçılar arasında yeni işgüzar əlaqələrin yaradılmasının təşviqidir.
İki gün davam edəcək forumun ilk günündə bir sıra fərdi bəyanatlar və ikitərəfli işgüzar görüşlərlə birlikdə altı geniş mövzu müzakirə olunacaq. İkinci gün isə institusional ikitərəfli dialoqa həsr olunacaq.