ESG üzrə vahid platformanın təqdimatı ilə bağlı konfrans keçirilir
Bakıda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ABB və “Azercell Telecom” MMC-nin dəstəyi ilə ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə vahid plaformanın və milli standartın təqdimatı ilə bağlı konfrans keçirilir.
Startup.az məlumat verir ki, konfransı giriş sözü ilə açan Prezident administrasiyasınin sektor müdiri Vüsal Şixəliyev bildirib ki, ölkəmizdə dayanıqlı inkişafin sürəti dövlət siyasətinin ana xətti kimi müəyyənləşdirilib. Eyni zamanda respublikamızda ekosistemin yaradılması əsas dövlət siyasəti olaraq qalır.
Qeyd olunub ki, qarşıda dövrdə də ESG prinsiplərinin tətbiqinin genişləndirilməsi davam edəcək və bu sahədə dövlət səviyyəsində məqsədyönlü tədbirlər həyata keçiriləcək.
Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, KOBİA sədri Orxan Məmmədov, BMT-nin Rezident Koordinatoru Vladanka Andreyeva, həmçinin ekologiya və təbii sərvətlər, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri də iştirak edirlər.