“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb.

Startup.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:25-də "CoinMarketCap platformasında 89 626 ABŞ dollarına enib. Son sutkada "Bitcoin" 6,55% ucuzlaşıb.

Bitcoin ilə yanaşı, "Ethereum", "Solana" və "XRP" kimi altcoinlər də son 24 saat ərzində 12%-dən 16%-ə qədər dəyər itirib.

Qeyd edək ki, “Bitcoin”in qiyməti yanvarın 13-dən bəri ilk dəfə 90 min dollardan aşağı enib.

Paylaş