Azərbaycanda qəbul edilən yeni dövlət standartlarının sayı 2 dəfə artıb
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 112 yeni dövlət standartı qəbul edib.
Startup.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
"Yeni standartların tətbiqi məhsul və xidmətlərin keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edəcək", - deyə məlumatda qeyd olunub.