Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı artıb
Bu ilin yanvarın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 806.9 min təşkil edib.
Startup.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarın 1-i ilə müqayisədə 5.9% çoxdur.
İl ərzində aktiv ƏDV ödəyicilərinin sayı isə 15.6% artaraq 52.8 minə çatıb. Yanvarın 1-nə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6.3 % artaraq 217.4 min olub.