Azərbaycan İnvestisiya Holdinqi və Çin İnvestisiya Korporasiyası əməkdaşlıq edə bilər
Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çin İnvestisiya Korporasiyası (CIC) müxtəlif istiqamətlərdə əməkdaşlığı müzakirə edilib.
Startup.az AİH-ə istinadən xəbər verir ki, qurumun baş icraçı direktoru Ruslan Əlixanov Pekində CIC-nin sədri Zhang Qingsong ilə görüş keçirib. Görüşdə qlobal makro-iqtisadi vəziyyət, AİH və CIC arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.