AİM “Gənclər üçün innovasiya proqramı”nı təqdim edir

AİM “Gənclər üçün innovasiya proqramı”nı təqdim edir

AİM Azərbaycan üçün “Gənclər üçün innovasiya proqramı”nı təqdim edir. Əgər tələbə, yeni məzun və startap ideyası olan 18-30 yaş arası gəncsənsə, bu proqram sən axtarandır.

İştirak 2 nəfərlik komandalar şəklində həyata keçirilir. Müraciət mərhələsindən sonra 25 komanda növbəti mərhələyə seçilir. Seçim prosesində regionlardan (rayonlardan) müraciət edən komandalara üstünlük veriləcək.

Seçilmiş komandalar:
• 7 həftəlik onlayn və oflayn təlim sessiyalarında iştirak edəcək
• Mentor dəstəyi ilə öz ideyalarını inkişaf etdirəcək
• Proqramın sonunda keçiriləcək Demo Day-də layihələrini təqdim edəcəklər

Qalib 3 komanda üçün ABŞ-da Silikon Vadisi və “Silicon Slopes” innovasiya mərkəzlərinə 2 həftəlik səfər təşkil olunacaq. İştirak ödənişsizdir. Müraciət üçün son tarix 1 may 2026-cı ildir.

Daha ətraflı məlumat üçün qeydiyyatdan keçin: aimprojects.snet/youthempowerment

AİM haqqında

AİM Azərbaycandan olan araşdırmaçılar və peşəkarları ABŞ-da fəaliyyət göstərən professionalarla bilik mübadiləsi, tədqiqat dəstəyi və innovasiya resursları ilə əlaqələndirən platformadır. AİM-in keçirdiyi proqramda sponsorlar The Stirling Foundation, İRİA və Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğudur. 

Paylaş