ADA Universitetində Startap və İnkubasiya Mərkəzi yaradılır
ADA Universitetində yeni Startap və İnkubasiya Mərkəzinin yaradılması istiqamətində işlərə başlanıb.
Startup.az Xeberler.az-a istinadən məlumat verir ki, bir müddətdir universitet daxilində yeni mərkəzin yaradılması ilə bağlı fəaliyyətlər gücləndirilib.
Tələbələrin yeni innovativ layihələrinə dəstək məqsədi daşıyan mərkəzin stratergiyasının hazırlanıb, qurulmasında xarici mütəxəssislərin təcrübəsindən faydalanılır. Belə ki, Cənubi Koreyadan olan mütəxəssis və universitetin öz yerli İT mütəxəssisləri ilə müəyyən işlər həyata keçirilib.
Məlumatımıza görə, mərkəzin yaradılması ilə bağlı hələlik rəsmi qərar olmasa da, universitet rəhbərliyi də bu məsələyə xüsusi diqqət ayırır.
Hətta universitet daxilində ADA Startap Günü və ilk dəfə olaraq ideyaların müsabiqəsi də təşkil edilib Müsabiqədə 20-yə yaxın komanda öz fikirlərini paylaşıb və yarışa qatılıb. Onlardan 3 komanda qalib seçilib.
Məlumatlardan da göründüyü ki, universitet daxilində bu istiqamətdə xeyli işlər görülüb.
Bunlardan belə nəticəyə gəlmək olar ki, artıq ADA Universitetində də rəsmi olaraq Startap və İnkubasiya Mərkəzi fəaliyyətə başlayacaq.
Yaxın vaxtda Xeberler.az-ın ADA Universitetində fəaliyyət göstərən koreyalı mütəxəssis Simon ( Soon Hyun) Rhee müsahibəsi də yayımlanacaq.
Startup.az