2025-ci il üçün

2025-ci il üçün "Bitcoin" proqnozları açıqlanıb

"BTC bu ilin sonunda 125.000 $-a, 2025-ci ilin sonunda isə 200.000 $-a çatacaq."

Startup.az xəbər verir ki, bunu Böyük Britaniyanın "Standard Chartered" bankının Qlobal Rəqəmsal Aktivlər Araşdırmaları şöbəsinin rəhbəri Ceff Kendrik açıqlamalarında bildirib. 

Bu yalnız başlanğıcdır!

Kendrik, Trampın Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) rəhbəri Qari Gensleri vəzifədən uzaqlaşdırmaq, milli strateji "Bitcoin" rezervi yaratmaq və ABŞ-ı “Bitcoin super gücü” halına gətirmək kimi vədlərinin BTC-nin yüksəlişini dəstəkləyəcəyini iddia edib.

O həmçinin qeyd edib ki, "Biz sektor haqqında mənfi düşünən Co Baydendən müsbət düşünən Donald Trampa keçmişik. "Bitcoin" yüksəlməyə davam edəcək və onun 75 min $-ı keçməsi sadəcə bir başlanğıcdır".

"Bitcoin" opsiya əməliyyatları ilə bağlı gözləntilərini də bölüşən Kendrik, BTC-nin 80.000 $ səviyyəsində yüksək investor marağı ilə qarşılandığını bildirib. O, investor marağının çoxluğunu nəzərə alaraq "Bitcoin"in “növbəti bir və ya iki həftə ərzində” 80.000 $-a çatacağını deyib.

Kendrik əlavə edib ki, ikinci Tramp administrasiyası kripto bazarını genişləndirə və yeni stabilcoin qaydaları gətirə bilər.

O, "Bitcoin"-in 200.000 $ çatmasına kömək olacaq digər bir faktorun isə spot "Bitcoin" ETF-lərinin olmasını göstərib: "Yanvar ayında bazara çıxarıldığı gündən bəri spot Bitcoin ETF-ləri təxminən 24 milyard $ (315.100 "Bitcoin") dəyərində xalis giriş əldə edib və gələn il ETF-lərə giriş ehtimal ki, 400.000 "Bitcoin"i ötəcək və bu da qiymətlərin daha da artmasına səbəb olacaq".

Paylaş