Adı
Pulapp
Verilmə tarixi
06.07.2021
Təsvir
Alqoritmik Kredit Texnologiyaları kiçik biznes kreditləşməsinin effektivliyi və səmərəliliyini kəskin artırmağı və bununla da bölgələrdə yerləşən kiçik fermer təsərrüfatlarının əlverişli maliyyələlşməyə çıxışını yaxşılaşdırmağı qarşısına məqsəd qoymuşdur. Şirkətdə fəaliyyət göstərən komanda biznes kreditləşmə, bankçılıq və informasiya texnologiyaları sahəsində böyük təcrübəyə malikdir. Kiçik kənd təsərrüfatı kreditləri sahəsində fəaliyyət göstərən kredit təşkilatlarının işini asanlaşdıran və böhranlara davamlı yüksək keyfiyyətli kredit portfelinə nail olmaq üçün xüsusi proqram təminatıdır. pulapp müştəri ilə ilk tanışlıqdan sonra onun biznes məlumatlarını yerindəcə toplamağa və 30-40 dəqiqə ərzində kredit qərarını verməyə imkan verir. Bunun üçün sifarişlə bağlı sadə məlumatları mobil cihaz vasitəsilə bir dəfə daxil etmək yetərlidir. Edilmiş inteqrasiyalar sayəsində pulapp müştərinin kredit tarixçəsi və rəsmi gəlirləri barədə məlumatları avtomatik rejimdə əldə edir və xüsusi alqoritmlərdən istifadə edərək kredit qərarının bütün şərtlərini əhatə etməklə müştəriyə anında kredit təklifi verir.