Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

“Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun ölkəmizdə ilk dəfə yaratdığı Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ, təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər: "Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verəcək".

“Technovate - Sabah Mələk İnvestorlar Klubu” tərəfindən ölkəmizdə ilk dəfə olaraq yaradılan Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb. Tədris prosesində mələk investor olmaq istəyənlər #ABŞ təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin,… pic.twitter.com/WyGfpIvvAH

— Mikayil Jabbarov (@MikayilJabbarov) October 9, 2023

Paylaş