Rəşad Əliyev 10 il müddətində MilliNet internet mükafatının təşkilat komitəsinin üzvü olub, həmçinin "Startup Azerbaijan"da mentorluq fəaliyyəti ilə məşğul olub.
2021-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) "HÜB 1887 İnkubasiya və Akselerasiya Mərkəzi"nin müdiri vəzifəsində işləyib.
Təhsil nazirinin əmri ilə 2021-ci il avqustun 11-də AzTU-nun Rəqəmsallaşma və layihələr üzrə prorektoru təyin olunub.