Osman  Gündüz "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidentidir.

Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur.

Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhzulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub.

2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri. Mobil telefon və kompüter" kitablarının müəllifidir.

O, ölkədə startap "Startap Azərbaycan" layihəsi ilə uzun illərdir ölkədə startap hərəkatının yaradılması və inlişafına təkan verir.