Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub
Ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrez, bankın ölkə üzrə direktoru Sunniya Durrani-Camal və nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən qonaqlara biznesə vahid məkanda xidmət mərkəzi olan KOB evi modeli, burada biznes subyektlərinə təqdim olunan “G2B” və “B2B” xidmətlər barədə ətraflı məlumat verilib