Azərbaycanda ilk dəfə E-ticarət İnkubasiya Proqramı keçiriləcək
Azərbaycanın iqtisadi inkişafına töhfə vermək və ölkənin startap ekosistemini gücləndirmək məqsədilə bu ilin Fevral ayından başlayaraq “eCom X” adlı unikal e-ticarət təlim və inkubasiya proqramına start veriləcək Layihə hibrid formatda, yəni həm onlayn, həm də canlı görüşlər şəklində Bakı, Sumqayıt, Gəncə və Lənkərandan olan iştirakçılar arasında təşkil olunacaq