Startaplar və texnopark rezidentləri 10 il müddətinə vergilərdən azad ediləcəklər

Startaplar və texnopark rezidentləri 10 il müddətinə vergilərdən azad ediləcəklər

2027-ci il yanvarın 1-dən rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya sahələrində fəaliyyət göstərən startaplar və texnopark rezidentləri 10 il müddətinə gəlir, mənfəət, əmlak və torpaq vergilərindən azad ediləcəklər.

Startup.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov texnologiya və innovasiya sahəsində yeni qanunvericilik dəyişikliklərinə həsr olunmuş brifinqdə deyib.

Fərid Osmanov bildirib ki, yeni güzəştlər innovasiya ekosisteminin inkişafına, startapların fəaliyyətinin genişləndirilməsinə və texnologiya şirkətləri üçün əlverişli biznes mühitinin yaradılmasına xidmət edir.

Paylaş