"Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda sessiya keçirilib
“Bakı KOB evi”ndə Azərbaycan Şəhərsalma Kampaniyası (AUC2026) çərçivəsində “Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib. 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq tədbirləri çərçivəsində təşkil edilən tədbirin keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstək göstərilib.
Startup.az xəbər verir ki, sessiyada müxtəlif sahələrdən olan mütəxəssislər, şəhərsalma üzrə ekspertlər, sahibkarlar və tədqiqatçılar iştirak edərək şəhərsalma qərarlarının biznes mühitinə təsir mexanizmlərini müzakirə ediblər. Tədbirdə yaxşı planlaşdırılmış şəhərlərin investisiya mühitinə, şəhərsalma həllərinin müştəri axınına və biznes gəlirlərinə təsiri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, səmərəli planlaşdırılmış şəhər yalnız fiziki infrastruktur deyil, bu həm də iqtisadi dinamikanı artırır, sahibkarlıq üçün yeni imkanlar yaradır.
İnteraktiv sessiyanın sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.