Nazir müavini:

Nazir müavini: "Startapçı üçün ekosistem vacib amillərdən biridir"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda startapların aktivliyinin zəif olması səbəblərini araşdırır.

Startup.az-ın məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib ki, ekosistem olmasa startapçı ölkəni tərk edəcək. “Niyə insanlar Pirallahı Sənaye Parkına getmirilər?! Oranı 40 hektar deyil, 100 hektar da etsək getməyəcəklər. Çünki orada ekosistem yoxdur. Deməli biz yalnız bir məkana bağlamaqla deyil, çalışıb bütövlükdə ekosistemi düzgün qurmalıyıq. Bu gün startapçının yaratdığı məhsul hansı real sənaye ilə bağlıdır? Ekosistem olmasa startapçı ölkəni tərk edəcək. Onu qeyd edim ki, bu sahədə qanunvericilik paketi hazırdır. Biz hesab edirik ki, startap yalnız bir məkana bağlı olmamalıdır. Bəzən deyirik ki, texnoparkdısa ancaq burada oturmalısız. Bəs eyni şərtlərlə digər məkanda fəaliyyət göstərmək mümkündürmü?”, - nazir müavini vurğulayıb. Onun sözlərinə görə, startapın ilk mərhələsində onun nə olacağını heç özləri də bilmirlər: "Deməli, burda risk varsa bu mütləq vençur maliyyələşmə üsulu ilə həyata keçirilməlidir. Artıq Azərbaycanda Vençur fondunun yaradılması və “Vençur haqqında” qanunun hazırlanması üzərində iş gedir. Təkcə 2021-ci ildə biz dəfələrlə oxşar təşəbbüslərlə çıxış etmişik. Amma onu deyim ki, bu bir ilə sığışan məsələlər deyil. Əgər təşkilatlanmanı da nəzərə alsaq biz yalnız 7-8 aydır ki, bu məsələlərlə məşğul ola bilmişik. Amma bu miqyasda məsələ ciddi qurumlararası koordinasiya tələb edir. Biz bütün dövlət və özəl sektor oyunçuları ilə sıx əməkdaşlıq edirik və bu iş birliyinin uğuruna inanırıq".

Paylaş