Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar?

Azərbaycanın startap ekosistemi haqqında məlumatları necə əldə etmək olar?

Startap Azərbaycan komandası startup.az (Startap Azərbaycan) platformasını tam yeniləyib.

Startup.az portalında Azərbaycanın startap ekosistemində olan milli startaplar, startap şəhadətnaməsi alanlar, investorlar, maliyyə və dəstək fondları, startapa dəstək məqsədi ilə yaradılan inkubasiya və akselerasiya mərkəzləri, tənzimləyicilər, hüquqi baza və müxtəlif startap layihələri barədə ətraflı məlumatlar yer alıb.

Startap Azərbaycan bazasında hazırda 103 milli startap və 68 şəhadətnamə alan startap haqqında Azərbaycan və ingilis dillərində məlumatlar mövcuddur.

Müxtəlif milli startaplarımızın iştirak etdikləri və təcrübə keçdikləri proqramlar və layihələr haqqında da portalda məlumatlar verilib.

Portalda hər bir milli startapın, investorun və mütəxəssisin özü haqqında məlumatları bazaya daxil etmək imkanı yaradılıb.

Portalda qeydiyyatdan keçən startaplar Ekspert Şurası tərəfindən təsdiqləndikdən sonra bu məlumatlar Milli Startap Bazasına daxil edilir.

Platformaya əlavə edilən məlumatlar sektorun inkişafına uyğun olaraq daim yenilənir.

Platforma startapçılara öz layihələrini geniş ictimaiyyətə və investorlara təqdim etməyə, maraqlı tərəflər üçün ekosistem haqqında məlumatlar əldə etməyə, həmçinin startap komandalara mütəxəssis cəlb etməyə dəstək olur.

Startap Azərbaycan komandası portalın yeni versiyasını Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)  dəstəyi ilə hazırlayıb.

Paylaş