Xeberler.az məlumat verir ki, agroX Layihəsinin iştirakçıları üçün ilkin seçim mərhələsi baş tutub. Startap Azərbaycan tərəfindən formalaşdırılan 6 münsifdən ibarət heyət qiymətləndirmədə iştirak edib. 
İlkin seçimdə hər bir komanda 3 dəqiqə müddətində təqdim olunan layihənin ideyası, komanda, davamlılıq və gəlirlilik , əhatə dairəsi və s. ətrafında sualları cavablandırıb. Münsiflər bunun əsasında seçim edib .  
 Müsabiqəyə 51 Layihə təqdim edilib. İkinci mərhələyə 12 layihə keçib.
İkinci mərhələyə keçən layihələr agro.startup.az saytında yerləşdirilib. Siyahının linkini sizə təqdim edirik. Qatılan hər bir iştirakçıya uğurlar arzulayırıq.

2-ci mərhələyə keçən layihələrin siyahısı BURADA yerləşdirilib.

​Qeyd edək ki, “AgroX” Kənd Təsərrüfatı Nazilriyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin dəstəyi ilə “Startap Azərbaycan” tərəfindən həyata keçirilir. Layihəyə “İNNOLAND” Akselerasiya Mərkəzi də dəstək verir.

Pərvin

Paylaş