Lotfi Zadeh Global

Təşkilatın / İnvestorun adı

Lotfi Zadeh Global

İnvestor haqqında məlumat

Xəzər dənizi regionunda texnoloji və innovativ ekosistemin yaradılmasına həsr edilən bir layihədir və həyata keçirilməyə 2019-cu ildə başlanılmışdır. Sözü gedən regionda, texnoloji bilik və bacarıqların, infrastrukturun və investisiyanın bir məkanda birləşdirilməsini hədəfləyən bu layihəyə Azərbaycanlı böyük mütəffəkkir, dünya elminə 6 mühüm nəzəriyyə bəxş edən Lütfi Zadənin adı verilmişdir. Mərkəz professor Lütfi Zadənin — qeyri-səlis məntiqin banisi — irsini təbliğ etmək və yaşatmaq məqsədilə AGA Group və İmran Bağırov tərəfindən təsis edilmişdir.

Texnologiya, təhsil və mədəni irsi bir araya gətirən bu platforma, onun elmi irsini gələcək nəsillər üçün əlçatan və ilhamverici etməyə hədəflənir. Azərbaycandakı ən böyük kovörkinq mərkəzi olan Lotfi Zadeh Texnologiya Mərkəzi sizlərə 2 filial üzrə xidmət göstərir: Caspian Business Center (LTC Z) və Caspian Plaza (LTC Y). Bizim sizə təklif etdiyimiz xidmətlə artıq bütün ofis icarəyə götürməyə ehtiyacınız yoxdur. Seçiminizdən asılı olaraq istədiyiniz zaman və təqdim edilən müddət çərçivəsində yalnız ehtiyacınız olan qədər masa icarəyə götürə bilərsiniz.

Lotfi Zadeh Texnologiya Mərkəzində kiçik sahibkarlar, startapçılar, frilanserlər, iş adamları və eləcə də digər ofisə ehtiyacı olan hər kəs üçün yüksək ofis standartına sahib iş sahələri təklif edilməklə yanaşı, həmçinin iclaslar, təlimlər və təqdimatların təşkili üçün də bütün imkanlar mövcuddur. 

İnvestisiya üçün prioritet sahələr

-----

İnvestisiya əldə etmiş layihələr

Glorri. Reluxe Collection. Garderapp