Təşkilatın / İnvestorun adı
Gamepons
İnvestor haqqında məlumat
Gamepons — 2020-ci ildə Baku, Azərbaycan mərkəzli olaraq qurulmuş gamedev hub və təhsil mərkəzidir. Şirkət oyun inkişaf etdiricilərinə, oyun dizaynerlərinə və oyun sənəti ilə məşğul olanlara yönəlmiş təlim proqramları, mentorluq və akselerasiya imkanları təklif edir. Məqsədi Azərbaycan oyun inkişafı ekosistemini gücləndirmək və bu sahəni dünya miqyasında tanıtmaqdır.
Fəaliyyət sahələri və xidmətləri
-
Təhsil və təlim: 4 aylıq game development kursları, real layihə əsasında təhsil
-
Tədbirlər: Seminarlar, hackathon-lar, game jəm-lər və workshop-lar təşkil edir
-
Akselerasiya: "Gamepons Compass" kimi inkubasiya proqramları çərçivəsində startaplara dəstək – məsələn, “Hersai Studio”nun ikinci dalğa çərçivəsində inkişaf etdirdiyi metroidvania janrında pixel-art oyunu
-
Mentorluq: Oyun dizaynı, inkişafı, marketinq strategiyaları və investor əlaqələri sahəsində mentorluq təmin edir
-
Regional əməkdaşlıqlar: Özbəkistanla “Turkic Game Jam” hackathon layihəsi üzrə IT Park Uzbekistan ilə strategiya müzakirələri aparır
-
Yeni oyun layihələri: Baku Juniors Sport Club ilə əməkdaşlıq çərçivəsində qadın futboluna həsr olunmuş mobil oyun hazırlayır
İnvestisiya üçün prioritet sahələr
-----
İnvestisiya əldə etmiş layihələr
-----