‘Startap Günləri’ infosessiyası

Tədbirin adı

‘Startap Günləri’ infosessiyası

Məkan

Azərbaycan Texniki Universiteti İnkubasiya Mərkəzi

Təşkilatçı

Startap Azərbaycan

Tarix

25.11.2025

Əlaqə məlumatları

(+994 12) 538-33-83

Təsvir

Azərbaycan Texniki Universitetinin İnkubasiya Mərkəzi tərəfindən Sabah qruplarının tələbələri üçün ‘Startap Günləri’ ilə bağlı xüsusi məlumat sessiyası keçiriləcək.

İnfosessiya zamanı tələbələrə ‘Startap Günləri’ proqramının məqsədi, iştirak qaydaları, mərhələləri, mentor dəstəyi və ideya inkişafı prosesləri barədə ətraflı məlumat veriləcək. Həmçinin tədbir iştirakçıları startap ekosisteminin imkanları, universitetdə mövcud innovativ mühit və “Startap Azərbaycan” platforması ilə əməkdaşlıq perspektivləri haqqında da tanış olacaqlar.

Bu infosessiya, gənc innovatorlar üçün öz ideyalarını reallaşdırmaq, komanda formalaşdırmaq və gələcək layihələrini təqdim etmək üçün ideal fürsətdir.

 Bu fürsəti qaçırma — ideyanı reallığa çevir!
Qeydiyyat formu:https://forms.gle/1rvwAaFLK5zFGwoK6

Şəkillər