“Startap Günləri”

Tədbirin adı

“Startap Günləri”

Məkan

AzTU İnkubasiya Mərkəzi

Təşkilatçı

AzTU, Startup Azerbaijan

Tarix

05.12.2025

Əlaqə məlumatları

---------

Təsvir

Azərbaycan Texniki Universitetinin (AzTU)  “Startap Günləri” 5–6 dekabr 2025-ci il tarixlərində AzTU İnkubasiya Mərkəzinində baş tutacaq.

5 dekabr (cümə günü):
 Saat 14:00 – gün sonuna kimi

6 dekabr (şənbə günü):
 Saat 10:00–16:00

 Məkan: Azərbaycan Texniki Universiteti – İnkubasiya Mərkəzi

Startap Günlərində iştirak etməklə sən nə qazanacaqsan?

  • İdeyan var? Onu təkcə düşüncədə saxlamadan, real layihəyə çevirmək üçün sənə güclü mentorlar və təcrübəli ekspertlər dəstək olacaq!
  • Startap ekosisteminin bir parçası ol! Uğurlu startap qurucuları və potensial investorlarla birbaşa tanışlıq imkanı — bir söhbət gələcəyini dəyişə bilər!
  • Networking imkanı! Sənin kimi motivasiyalı gənclərlə əlaqə qur, yeni imkanlar və gələcək əməkdaşlıqlar üçün öz şəbəkəni genişləndir.
  • Komanda qur və liderlik et! Fikirlərini bölüşəcəyin, səni tamamlayan və ideyanı zirvəyə daşıyacaq peşəkar və yaradıcı komanda formalaşdır.
  • Real bacarıqlar qazan! Praktiki təlimlərdə iştirak edərək ideyanı biznesə çevirmək üçün lazım olan bilik və bacarıqlara yiyələn.
  • Səhnəyə çıx və ideyanı tanıt! Müsabiqələrdə layihəni təqdim et, diqqət mərkəzində ol və seçilən ideyalardan biri olmaq şansını qazan.
  • Rəsmi sertifikat əldə et! Gələcək karyerana ciddi dəyər qatacaq sertifikatlarla özünü daha da inkişaf etdir.
  • Tamamilə pulsuz iştirak! Sadəcə motivasiyanı və ideyanı götür, qalan hər şeyi biz təmin edirik!
  • Gənc innovatorların toplandığı bu xüsusi tədbirdə sən də iştirak et, gələcəyini bu gündən formalaşdır!
     Qeydiyyat linki: https://forms.gle/FGELANnL46z3aguA8

Şəkillər